21 C
Baku
Saturday, September 28, 2024

Afrikalı ixtiraçı tullantılardan 3D-printer yaradıb

Qərbi Afrikada, Toqoda yaşayan istedadlı ixtiraçı sınmış skaynerlərin hissələrindən, kompüterlərin qalıqlarından və digər elektrik avadanlıqların tullantılarından tamfunksiyalı 3D-printer düzəldib. Və ən qəribəsi ondadır ki, printerin yaradılmasına Koco Afate Qnikoun, bu ixtiraçının adıdır, cəmi 100 dollar sərf etmişdi.

Qnikounun xeyriyyə vəsaitləri toplamaq üçün olan elektron səhifəsində yazılır:

«Texnologiyanı lazımi əllərə verən və Afrikaya yalnız kənardan müşahidəçi olmaq imkanı deyil, həmçinin yeni sənaye inqilabının aparılmasında əsas rollardan birini oynamaq imkanı yaradın».

Hal-hazırda Qnikou Lomada, Toqolez Respublikasının paytaxtında, WoeLab şirkətində ixtiraçı işləyir. 3D-printer layihəsinin yaradılması Qnikou üçün faydalı texnologiyaların inkişafı layihəsinin bir hissəsinə çevrilir. Faydalı texnologiyalar nə vaxtsa Marsa uçuş missiyası çərçivəsində istifadə oluna bilər.

Koco bununla insanın nəyisə istədiyi zaman, onu edə biləcəyi bacarığına sahib olduğunu sübut etmək istəmişdi, hətta sənin əlinin altında yalnız müxtəlif elektron tullantıları olsa belə.

Son xəbərlər
Digər xəbərlər