Banker.az saytının verdiyi məlumata görə, yeni texniki standartlar Avropa ödəniş şurası, Swift və İstehlakçı hüquqlarının qorunması təşkilatı – Consumer International-ın nümayəndələrindən ibarət işçi qrupu tərəfindən yaradılıb.
“ISO 12812: Əsas bank xidmətləri – Mobil maliyyə xidmətləri” standartı daha funksional qarşılıqlı əlaqəni təmin etmək üçün interfeyslər və texniki komponentlərlə bağlı ümumi tələbləri təyin edir.
ISO texniki komitəsinin sədri Patris Hersoq hesab edir ki, mobil bankçılığın inkişafı daha geniş auditoriyanı təhlükəsiz maliyyə xidmətləri ilə təmin edəcək.