Azərbaycanın “Başak İnam” sığorta şirkətinin (SŞ) gələcək taleyinə dair son qərar bazar ertəsi aprelin 10-u məlum olacaq.
Trend-ə sığorta şirkətindən verilən məlumata görə, dünən SŞ səhmdarlarının ümumi yığıncağı keçirilib, yığıncaqda şirkətin gələcəyi və onun mümkün ləğvi müzakirə olunub.
“Başak İnam”-dan bildiriblər ki, hazırda sığorta şirkətinin gələcəyində dair bir neçə variant nəzərdən keçirilir.
SŞ-də məsələni belə şərh ediblər: “Bir neçə variantımız var. Yekun qərar gələn həftə elan edəcək, lakin artıq indi demək olar ki, biz Azərbaycanın sığorta bazarında digər şirkəti ilə birləşməyəcəyik”.