Banker.azın verdiyi məlumata görə, bankların kredit portfellərinin həcmində sürətli azalma baş verib.
Belə ki, yanvar 2017 tarixindən 16.7 mlrd. manat olan kredit portfeli azalaraq, fevral ayının sonuna 15.8 mlrd. manata düşmüşdür. Mərkəzi Bankın hesabatına görə, azalma daha çox dövlət banklarının hesabına olub. Kommersiya banklarında isə əksinə 100 mln. manata yaxın artım vardır.