Banker.az saytı xəbər verir ki, Yoxsulluqla mübarizə üzrə beynəlxalq yardım qurumu olan Oxfam təşkilatının təqdim etdiyi məlumatlara əsasən, nəhəng amerikalı şirkətlər ABŞ-da vergilərdən yayınmaq məqsədilə 1,6 trilyon dolları daha sərfəli rejimə sahib ofşor zonalara çıxarmışlar.
Oxfam təşkilatının və Vergi və iqtisadi siyasət institutunun araşdırmasında deyilir ki, 2015-ci ildə bu məbləğ daha əvvəlki il ilə müqayisədə 200 milyard dollar artıb. Pullar 50 nəhəng amerikalı şirkətlər tərəfindən 1750-dən çox törəmə şirkət və filiallar vasitəsilə çıxarılıb.
Bununla belə, bu şirkətlər 2009-2015-ci illərdə lobbiçiliyə təqribən 2,5 milyard dollar xərcləyərək əhəmiyyətlin vergi güzəştlərinə nail olublar.
Qeyd edək ki, araşdırma vergi bəyanatlarının və bir sıra açıq mənbələrin təhlili əsasında həyata keçirilib.






