Banker.azın verdiyi məlumata görə, AmrahBank 2017-ci ilin 1-ci rübünün sonuna dair hesabatlarını açıqlayıb.
AmrahBankın mart ayının sonuna olan hesablarına istinadən 1.4 mln. manat zərər etməsi məlum olmuşdur. Qeyd edək ki, ötən ilin 1-ci rübünün sonuna bankın azda olsa mənfəəti olmuşdur ( 73 min manat).
Bankın aktivlərinin ümumi həcmindədə kəskin azalmalar müşahidə olunur. Belə ki, ötən ilin mart ayının sonuna bankın aktivləri 276 mln. manat olduğu halda, hazırda bu rəqəm azalaraq 240 mln. manata düşmüşdür.
Məlumat üçün bildirə ki,azalma həmçinin bankın kapitalındada olmuşdur. Kapital 1 ilə 55 mln. manatdan azalaraq 51 mln. manata düşmüşdür.








