Bu gün saat 13:00-dan etibarən “Azercell” abunəçiləri mobil şəbəkəyə qoşulmaqda problemlə üzləşiblər.
Bu hal sosial şəbəkələrdə şirkətin müştərilərinin narazılığına səbəb olub.
Sosial şəbəkədə şirkət narazı müştərilərə belə bir açıqlama verib:
“Azercell Telekom” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar bəzi xidmətlərin istifadəsində və əməliyyatların həyata keçirilməsində müvəqqəti çətinliklərin yaranması mümkündür.
Təkmlilləşdirmə işləri yekunlaşdıqdan sonra bu istiqamətdə tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcəkdir”.
“Delta Telecom” şirkətindən isə bildirilib ki, “Azercell”də yaşanan problemlərin bizimlə əlaqəsi yoxdur:
“Bu onların daxili işləridir”, – deyə şirkətin açıqlamasında qeyd edilib.
Qeyd edək ki, Oxu.Az məsələ ilə bağlı şirkətə müvafiq sorğu ünvanlayıb.