18 C
Baku
Monday, November 10, 2025

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri bahalaşıb

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 74,6 %, o cümlədən mədənçıxarma sənayesi üzrə 83,3 %, emal sənayesi üzrə 38,3 %, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 58,1 %, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 7,6 % bahalaşıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

2017-ci ilin mart ayında fevral ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,3 %, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,7 % (xam neft və təbii qaz hasilatı üzrə 8,7 %, metal filizlərin hasilatı üzrə 5,7 %) ucuzlaşmış, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,7 % bahalaşmış, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə sabit qalmışdır.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri poliqrafiya fəaliyyəti üzrə 9,0 %, geyim istehsalı üzrə 6,5 %, toxuculuq sənayesi üzrə 4,5 %, elektrik avadanlıqlarının istehsalı üzrə 3,8 %, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,1 %, qida məhsullarının istehsalı üzrə 1,4 %, ağac emalı və ağacdan məmulatların, kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 1,3 %, dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə 0,8 %, tikinti materiallarının istehsalı üzrə 0,3 % bahalaşmış, içki istehsalı üzrə 1,8 %, kimya sənayesi üzrə 0,8 %, neft məhsullarının istehsalı üzrə 0,7 %, metallurgiya sənayesi üzrə 0,4 %, rezin və plastik kütlə məmulatlarının, kağız və kartonun istehsalı üzrə isə 0,2 % ucuzlaşmışdır. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Son xəbərlər
Digər xəbərlər