18 C
Baku
Wednesday, May 1, 2024

MasterCard daxilində barmaq skayneri olan yeni kart təqdim etdi

Banker.az saytının verdiyi məlumata görə, beynəlxalq ödəniş sistemi MasterCard daxilində barmaq izi skayneri quraşdırılmış plastik kart yaradıb. Belə bir kartın sahibi ödəniş zamanı tranzaksiyanı təsdiq etmək üçün barmaq izini skan etməli olacaq.

Şirkətin verdiyi məlumatda qeyd edilir ki, istifadəçi istəyinə uyğun olaraq ikiqat autentifikasiya quraşdıra və PIN-koddan istifadə edə bilər.

Bundan əlavə, kartın hər hansı bir enerji mənbəyi yoxdur və tranzaksiya həyata keçirilərkən kart terminal vasitəsilə elektrik enerjisi ilə təmin edilir.

Barmaq izi skayneri ilə təchiz edilmiş kartlar Cənubi Amerikada uğurla sınaqdan keçirilib və sərbəst istifadəyə 2017-ci ilin sonunda buraxılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər