10 C
Baku
Thursday, December 12, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası ittihamlara cavab verdi

“Məlum olduğu kimi, 1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib.

Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilmişdir”.

Bu barədə Oxu.az saytının sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib.

“Biz qanunları icra edirik, müzakirə etmirik. Qeyri-hökumət təşkilatları (QHT) da vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər.

QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır”, – deyə Palatadan qeyd edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatası, həmçinin QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edib.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov mətbuata bildirmişdir ki, QHT və gənclər təşkilatlarının fəaliyyəti banklar tərəfindən MBNP-nın daxili qərarı ilə məhdudlaşdırılıb:

“Bəzi banklar QHT və gənclər təşkilatlarına sadələşdirilmiş vergi ödəyicisi kimi ayda 15000 manata qədər qrant vəsaitin nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil.
Qanunun tələbi 15000 manat olduğu təqdirdə, banklara göndərilən daxili qərarla bu vəsaiti 5000 manata endirilməsi Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanununa qarşı çıxmaq deməkdir”, – deyə Birliyin sədri qeyd edib.

Son xəbərlər
Digər xəbərlər