Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün auksion mərkəzi yaradılıb. Bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək.
Qeyd edək ki, keçən il Azərbaycanda 11 bank bağlanıb – Qafqaz inkişaf bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank.