2 C
Baku
Saturday, December 14, 2024

Walmart top-meneceri rekord həcmdə əmək haqqı əldə edib

Amerikanın pərakəndə satış üzrə nəhəng Walmart şirkətinin elektron kommersiya üzrə direktoru Mark Lore şirkətdən rekord həcm hesab olunan 243,9 milyon dollar pul mükafatı əldə edib.

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi məlumata verir.

Müqayisə üçün qeyd edək ki, Walmart prezidenti Daq Makmillon-un əmək haqqısı 2016-cı il ərzində 22,4 milyon dollar təşkil edib.

Bu qədər yüksək həcmdə pul mükafatının təqdim edilməsinin səbəbi şirkətin Lore-nin səhmdarı olduğu Jet.com-a satılmasıdır. Top-menecer internet-riteylerin 15,9% səhminə sahib idi və onun satışından 477 milyon dollar qazana bilərdi. Bunun əvəzində isə, Lore təqribən 80 milyon dollar və Walmart şirkətinin səhm paketi qismində 236,6 milyon dollar əldə etdi. Bu məbləğ isə 2021-ci ilə qədər aylıq olaraq onun hesabına yatırılacaq.

Qeyd edək ki, Walmart dünyanın 28 ölkəsində fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər