Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
24.04.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsiüzrə keçirilmiş növbəti depozit hərracında tələb 365,30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,71% təşkil edib. Bu da tələbin təklifi 82,5% üstələməsi deməkdir.
Xatırladaq ki, AMB bu hərracda 200 mln manat cəlb etməyi nəzərdə tutmuşdu.