“Azərkosmos” ASC “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin ərazisində antena meydançasının və onunla əlaqədar digər obyektlərin tikintisi və yenidənqurma işlərinin satınalınması məqsədilə açıq tender elan edir.
Tender 1 lot üzrə keçirilir.
Tenderdə iddiaçı kimi iştirak və tenderin əsas şərtlər toplusunu əldə etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
– tenderdə iştirak etmək üçün yazılı müraciət;
– iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
– şirkətin tam adı, hüquqi statusu, rekvizitləri haqqında məlumat, təsis sənədləri;
– Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət standartlarına uyğun olaraq bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə dair lisenziyasının və onun əlavəsinin surəti;
– şirkətin son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.
Tenderdə iştirak haqqı 170 manatdır və heç bir halda geri qaytarılmır.
Tender təklifinin qüvvədə olma müddəti 30 bank günü. Bank zəmanətinin məbləği tender təklifinin ümumi qiymətinin ən azı 1%-i məbləğində, bank zəmanətinin qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank
günü çox olmalıdır.
İşlər müqavilə imzalandığı gündən başlayaraq 3 ay müddətinə təhvil verilməlidir. Tender təkliflərinin seçilməsi zamanı üstünlük verilən şərtlər qalib iddiaçı, tender təklifinin və iddiaçının tenderin əsas şərtlər toplusuna uyğunluğunun dəyərləndirilməsi və tender təkliflərinin bir-biri ilə müqayisəsi nəticəsində maliyyə və ixtisas meyarları əsasında seçiləcək.
Tender təklifi (bank zəmanəti ilə birgə) mayın 25-i Bakı vaxtı ilə saat 18:00-a qədər “Azərkosmos” ASC-yə təqdim edilməlidir. Tender proseduru mayın 26-da Bakı vaxtı ilə saat 11:00-da “Azərkosmos” ASC-də başlayacaq.