Zürihin ən böyük konsert zalı olan “Korso”-dakı təqdimatdan sonra bütün şəhər onun haqqında danışırdı. Mirin Dajo-nun assistenti xəncər və ülgücləri sinəsindən salıb belindən çıxarırdı, o isə bütün bunlara heç bir reaksiya vermirdi…
Tibb tələbələri qarşısında olan təqdimatı izləyənlərdən biri gördüklərini belə dilə gətirmişdi: “Yarı çılpaq olan Mirin Dajo susaraq otağın mərkəzində dayanmışdı. Assistenti çox cəld bir şəkildə arxadan ona yaxınlaşır və 80 santimetrlik rapiranı (məşq qılıncı) təxminən böyrək nahiyəsindən ona batırır. Ətrafda ölüm sakitliyi hökm sürür. Tələbələr və müəllimlər heyrətdən donub qalıblar və heç kim nə isə deyəcək vəziyyətdə deyildi. Heç şübhəsiz rapira onun bədənindən keçmişdi, bir ucu onun arxasında, bir ucu isə önündə idi. Ən təəccüblüsü isə o idi ki, bir damla belə olsun qan görünmürdü. Mirin Dajo isə heç nə olmamış kimi sakit dayanmışdı.”
Dajo-nun əsl adı Arnold Gerrit Hanscom idi. O 6 avqust 1912-ci ildə Rotterdamda dünyaya gəlib. O rəssamlıqla maraqlanırdı və 20 yaşı olarkən layihə bürosunda memarlar qrupuna rəhbərlik edirdi. Dostunun adı isə Nol idi.
Uşaqlıq və gənclik illərində Nol və Arnold ilə mütəmadi olaraq qəribə hadisələr baş verirdi. Belə ki, o birdəfə Cənubi Afrikada yaşayan və heç vaxt görmədiyi mərhum xalasının rəsmini çəkmişdi. O rəsmi elə dəqiqliklə çəkmişdi ki, sanki canlı olaraq xalasına baxaraq çəkib. Tez-tez Arnold səhərlər oyandıqda görürdü ki, yatağı və əlləri boyaya bulaşıb, otağı isə səliqəsiz vəziyyətdədir. O yuxuda olarkən, oyanmadan və heç nə xatırlamadan gözəl rəsmlər yaradırdı. Onun həyatındakı əsl dəyişiklik isə 33 yaşı olduqda baş verdi. Məhz bu zaman öz bədəninin inanılmaz imkanlarını kəşf etdi. Arnold işi ataraq Amsterdama köçür və burada kafe və barları dolaşaraq insanlardan onu “kəsməyi” xahiş edirdi.Tezliklə onun haqqında bütün şəhər xəbər tutdu.
O Arnold Hanscom adını reklam üçün dəyişmədi, belə ki, Mirin Dajo esperanto dilində “möcuzəvi”, “heyrətamiz” mənasını verirdi. Öz müasirləri kimi o, da belə düşünürdü ki, bu süni dil vasitəsilə bəşəriyyət xalqlar arasındakı ünsiyyət maneəsini aşacaq.
Əlbəttə, həkimlər Dajo-nu dəfələrlə müayinə etmişdilər. 1947-ci il may ayının sonunda o Zürih kanton xəstəxanasında öz istedadını nümayiş etdirirdi. Assistenti rapiranı onun ürəyinə, ağciyərinə, böyrəyinə salıb çıxardıqda adəti üzrə Mirin heç bir reaksiya vermədi və yenə bir damla da qan axmadı. Həkimlər burada hipnozun olub-olmamasını yoxlamaq üçün onu rentgen otağına aparmaq isətdilər. Lakin bu vəziyyətdə olan “xəstələr” üçün xərək uyğun gəlmirdi. Dajo onları sakitləşdirərək bildirdi ki, rentgen otağına özü gedə bilər. Rentgen şəkilləri bütün şübhələri yox etdi: rapira bütün həyati orqanlardan keçsə də heç birinə zərər yetirməmişdi.
Bu zaman həkimlər düşündü ki, qılınc kimi iti rapiraları onun bədənindən çıxardıqda qanaxma başlayacaq. Lakin bütün bunlar Dajonun bədənindən çıxarıldıqda heç nə baş vermədi və hətta onun bədənində deşik əvəzinə kiçik ləkə kimi yaralar qalmışdı. Bu yaralar yuyulduqda belə o bildirmişdi ki, heç bir infeksiya qorxusu yoxdur. Daha sonra o ətrafdakıları biraz daha təəccübləndirmişdi, belə ki, o belindəki qılınclarla parkda bir neçə dövrə qaçmışdı.
Qılınc və xəncərlərin Dajoya heç bir zərər yetirməsinə baxmayaraq, tamaşaçılar bir çox hallarda huşlarını itirirdilər. İsveçrədə bir təqdimat zamanı tamaşaçılardan biri ürək tutması ilə üzləşmişdi. Zürihdə “Korso”-dakı nümayiş zamanı isə rapira onun sümüyünə toxunmuşdu. Tamam sakitlikdə sümüklərin şaqqıltısını eşidən bir neçə insan huşunu itirmişdi. Bütün bunlar onunla bitir ki, ona böyük zallarda və çox insan qarşısında çıxış etmək qadağan olunur. O kiçik barlar və kafelərlə yetinməli olur. Lakin bununla belə o təəssüflənmirdi. Çünki o hər şeyə məhz belə kiçik yerlərdən başlamışdı.
Mirin Dajo populyar jurnala verdiyi müsahibəsində demişdi: “Mən aktyor deyiləm, peyğəmbərəm. Allaha inanmaqla, öz bədənini idarə etməyi öyrənmək olar…”