16 C
Baku
Saturday, October 5, 2024

Astarada bu il taxıl terminalının inşası planlaşdırılır

Bu il ərzində Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu layihəsi çərçivəsində tutumu 30 min tondan 60 min tonadək olan taxıl terminalının tikintisi planlaşdırılır.

Bunu açıqlamasında “AzRusTrans” şirkətinin baş direktoru Cavid Quliyev bildirib.

C.Quliyevin sözlərinə görə, hazırda bu layihə işlənib hazırlanma mərhələsindədir.

“AzRusTrans” şirkəti Astarada müəyyən torpaq sahəsi icarəyə götürərək, taxıl və taxıl məhsullarının saxlanılması üçün nəzərdə tutulan terminalın tikintisini həyata keçirəcək. Tikintinin bu il ərzində həyata keçirilməsi planlaşdırılır. Orada bir neçə fazanın olması nəzərdə tutulub. Tutumu 30-60 min ton olan taxıl terminalının quraşdırılması nəzərdə tutulub. Müəyyən müddətdən sonra isə terminalın həcmi böyüdüləcək”, – deyə C.Quliyev qeyd edib.

C.Quliyev əlavə edib ki, qeyd edilən marşruta böyük tələbat var: “Astara-Astara marşrutu üzrə icrası yekunlaşdırılmalı olan işlərin qısa müddətdə bitməsini istəyirik. Bu, müştərilərimizə qısa müddətdə konkret təkliflər təqdim etməyimizə imkan verə bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər