Əmanətlərin Sığortalanması Fondu KİV-ni sabaha iclasa dəvət edib.
Bu barədə Banker.az-a Fonddan məlumat daxil olub.
ADİF ilk dəfə olaraq ləğvetmə prosesinin şəffaflığının təmin edilməsi məqsədilə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin iclası keçiriləcəkdir. Bununla əlaqədar olaraq Fond KİV-lərini QSC “Bank Standard” KB-nin Kreditorlar Komitəsinin iclasında iştirak etməyə dəvət edir.
İclasın keçirilmə tarixi və vaxtı: 28 aprel 2017-ci il, saat 15:00, keçirilmə yeri isə Bakı ş., Babək pr.16, Əmanətlərin Sığortalanması Fondunun inzibati binası, V mərtəbədə olacaq.
Xatırladaq ki, 5 dekabr 2016-cı il tarixində Fond “Bank Standard”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. 29 dekabr 2016-cı il tarixində Məhkəmənin qərardadı ilə ləğv prosesində olan Komitənin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi ADİF-ə həvalə edilib, Kreditorlar Komitəsi haqqında Əsasnamə təsdiq olunub. Hazırda bu istiqamətində müvafiq tədbirlər həyata keçirilir.