Tələblər:
· ali texniki təhsil;
· profil üzrə ən azı 2 illik iş təcrübəsi;
· imtinaya davamlı şəbəkələrin, məlumatların ötürülməsinin şəbəkə protokollarının, statistik və dinamik marşrutizasiyanın, informasiya şəbəkəsinin quruluşunun əsas prinsiplərini bilmək;
· CACTI/IP Switch şəbəkələrin monitorinqi, klassik telefoniya (CUCM 9.0, UCCX 9.0, Nice Recording) sistemləri üzrə biliklər;
· Cisco (Cisco 29XX Routerləri, 44XX/Sviçləri 29XX,45XX/Cisco ASA 55XX, Palo Alto 3020) şəbəkə avadanlığında işləmək;
· CCNA/CCNP sertefikasiyası;
· Microsoft Windows Server, Active Directory əməliyyat sistemləri üzrə baza bilikləri;
· regionlara ezamiyyət;
· azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);
· sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı.
Vəzifələri:
· proqram təminatının işi üçün zəruri olan işçi stansiyaların və əməliyyatların quraşdırılması, onların işlək vəziyyətdə saxlanılması;
· lokal şəbəkə və poçt server istifadəçilərinin qeydiyyatı, identifikator və şifrələrin təyin olunması;
· istifadəçilərə texniki və proqram dəstəyi, proqram təminatı ilə işə dair təlimatların tərtib olunması;
· şəbəkə resurslarına səlahiyyət hüquqlarının verilməsinin və onlardan istifadəyə nəzarətin təşkili;
· məlumatların vaxtlı-vaxtında surətlərinin çıxarılması, arxivləşdirilməsi və rezervləşdirilməsi;
· lokal hesablama şəbəkəsinin, serverlərin və işçi stansiyaların antivirus müdafiəsinin həyata keçirilməsi;
· şəbəkənin monitorinqi, şəbəkənin infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması.
Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).