10 C
Baku
Wednesday, December 11, 2024

​Mərkəzi Bank 1,7 milyarddan çox manatı dövriyyədən çıxarıb​

Aprel ayı ərzində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb olunması üzrə 6 depozit hərracı keçirildi.

Banker.az-ın AMB-nin göstəricilərinə olan hesabata əsasən, aprel ayı ərzində ümumi 1,15 mlrd. manat cəlb olunması nəzərdə tutduğu halda, hərraclarda tələb təklifi ortalama 55% üstələyərək ümumi olaraq 1 milyard 780 milyon manata yaxın vəsait cəlb olunub.

Cədvəldən göründüyü kimi, tələb təklifi ən çox 17 aprel tarixində keçirilən hərracda üstələyib. Hərracda 150 mln. manat cəlb etməyi planlaşdırdığı halda hərracda tələb təklifi 98,67% üstələyərək 298 mln. vəsait toplanmışdı.

 

Tarix Cəlb olunan hərracın nəticəsi

(mln. manat)

Cəlb olunması planlaşdırılan məbləğ (mln. manat) Hərracda tələb
03 aprel 2017 149.2 100 49.20%
10 aprel 2017 353.5 200 76.75%
14 aprel 2017 263.75 250 5.50%
17 aprel 2017 298 150 98.67%
24 aprel 2017 365.3 200 82.65%
28 aprel 2017 350 250 40.00%
CƏM 1779.75 1150 54.76%
Son xəbərlər
Digər xəbərlər