Vakansiya 1: Anbar müdiri
Vəzifə öhdəlikləri:
• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Anbarın fəaliyyətini və digər struktur bölmələrlə səmərəli qarşılıqlı münasibətini təşkil edir;
• Tabeçiliyində olan işçilərə rəhbərlik edir və gündəlik iş bölgüsünü təşkil edir;
• Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material və inventarın təcili tapılmasının təşkili;
• Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabınan aparılmasının təmin edilməsi;
• Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
• Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
• Anbarda əməyin mühafizəsinin, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə çatdırılmasının təşkil edilməsi; Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.
Bilməlidir:
anbar, kirayə məntəqəsi təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə aid olan standart və texniki şərtləri, mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını, onların kirayəyə verilməsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri, hesablama texnikasının istismar qaydasını, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Əmək haqqı:
• Razılaşma əsasında;
Namizədə tələblər:
• Ali təhsil;
• Beş il iş təcrübəsi;
• Yaş həddi: 30-50;
• Cinsi: kişi
Vakansiya 2: Satış Təmsilçisi
Vəzifə öhdəlikləri:
• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Şirkətin satdığı məhsulları müştərilərə təqdim edir, sifarişləri toplayır, satış planını və hədəflərini müəyyən vaxt çərçivəsində yerinə yetirir;
• Yeni müştərilər cəlb edir və mövcud əlaqələri gücləndirir, müştərilər ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak edir, müdriyyətə tələb olunan hesabatları təqdim edir;
• Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdansatış məntəqələrində rəflərdə prioritet yerlərdə düzülüşünü, qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğunu və lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirilməsini təmin edir;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayaraq satış bölgə müdirinə yazılı surətdə təqdim edir;
Əmək haqqı:
• Əmək haqqı və satışa görə əlavə bonus
Namizədə tələblər:
• Ali və natamam ali təhsil;
• Qida və qeyri-qida satışının təşkili sahəsində iki il iş təcrübəsi;
• Yaş həddi: 25-40;
• Cinsi: kişi
• Şəxsi avtomobil
Sürücü-ekspeditor
Vəzifə öhdəlikləri:
• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul edir. Qablaşdırmanın bütövlüyünü, faktura üzrə daşınacaq malların çeşid və miqdarını yoxlayaraq anbardan təhvil alır;
• Nəqliyyatın sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir;
• Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin edir;
• Gətirilmiş yükü təhvil verir, qəbul-təhvil sənədlərini rəsmiləşdirir. Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir.
Bilməlidir:
yükləmə-boşaltma işlərinin təşkilini; yükün qəbulu və təhvili qaydasını; pərakəndə və topdan satış məntəqələrinin ünvanını; ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini; yüklərin daşınma marşrutlarını; yüklərin qəbulu və yola salınma sənədlərinin forması və onların rəsmiləşdirmə qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Xidmət edilən avtomobilin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini;
Avtomobilin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını;
Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
Texniki xidmətin aparılması qaydası və avtomobilin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını;
Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
Təzə və kapital təmirdən çıxmış avtomobilin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını.
Əmək haqqı:
• Əmək haqqı və bonus;
Namizədə tələblər:
• Ali və orta təhsil;
• İki il iş təcrübəsi;
• Yaş həddi: 25-45;
• Cinsi: kişi
• Sürücüluk vəsiqəsinin kateqoriyası: BC
Vakansiya üzrə namizədlər işə müraciət anketlərini vakansiyanın adı başlığı altında info@gtc.com.az elektron ünvanına göndərə bilərlər.







