Banker.az-ın verdiyi xəbərə görə, 2016-cı ilin əvvəli ilə müqayisədə Mərkəzi Bankın faiz xərcləri 1700 dəfə artaraq 257.8 mln. manata çatıb.
Faiz xərclərinin belə kəskin artımının səbəbi, ekspert Rövşən Ağayevin fikrincə , Mərkəzi Bank tərəfindən keçirilən depozit hərracları nəticəsində yığılan və banklara faiz şəklində ödənilən məbləğlə bağlıdır. Belə ki, 2015-ci ildə banklardan depozit ümumiyyətlə cəlb edilmədiyi halda, 2016-cı ildə 6 mlrd. manata yaxın depozit cəlb edilmişdir.






