19 C
Baku
Sunday, May 5, 2024

Biznesin inkişafı üzrə Assistent – AS Qrup İnvestment MMC

“AS Qrup İnvestment” MMC – yə Biznesin İnkişafı və investisiyalar departamentinə Biznesin inkişafı üzrə Assistent vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:

• Mütəmadi olaraq, işin statusu ilə bağlı rəhbərliyə məlumat vermək və uyğun olaraq hesabatların hazırlanması;

• Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi;

• Statistik məlumatların əldə edilməsi, saxlanması və analitik dəstəyin təmin edilməsi;

• Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi, təhlili, müqayisəsi və hesabatların təqdim edilməsi (bazar, qiymət və müqayisəli təhlil);

• Bazarın vəziyyətinin araşdırılması, məlumatların əldə edilməsi;

• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi;

• Müəssisənin təmsil etdiyi şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;

• Müəssisənin imicinin formalaşması ilə bağlı tədbirləri həyata keçirmək;

• İş vaxtı: 09:00-18:00;

• İş günü:   I-V-günlər;

• İş yeri: Baş ofis;

• Əmək haqqı: 300 AZN

Namizədə qarşı tələblər:

•Təhsili: Ali (İqtisadiyyat və biznes sahələr üzrə);
• Dil bilikləri: Azərbaycan və ingilis dillərini bilməli;
• Kompüter bilikləri:  MS Office proqramlarında işləməyi bacarmalı;
• Yaş: 22-25

Şəxsi keyfiyyətlər:

• Yüksək təqdimat və inandırma bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Yüksək səviyyəli analiz qabiliyyəti.
• İnsanlarla ünsiyyət qurma bacarığı;
• Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı, ev 11 B; Telefon (012) 511 13 08,

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı üzrə Assistent) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər