Google YouTube-un xarici görünüşünü dəyişdi

Banker.az saytı xəbər verir ki, YouTube videoservisi yeni dizayn üzərində işləyir və artıq servisin saytı vasitəsilə yeni nümunələrlə tanış olmaq mümkündür. Bu haqda məlumatı isə YouTube-un rəsmi bloqu verib.

Yeni dizayn YouTube-unda bir hissəsi olduğu Google şirkətinin tərzi olan Material Design konsepsiyasına əsaslanır. Nümunə üçün qeyd edək ki, Google Pay tətbiqetməsinin də dizaynı məhz həmin tərzdə yaradılıb.

Qeyd edək ki, YouTube bu yaxınlarda qalmaqalın mərkəzində yer aldı. Belə aydın oldu ki, nəhəng dünya brendlərinin reklamları saytda ekstremizm və terrorizmə təşviq edən videolarla qonşudur. Dünya brendləri ciddi şəkildə narazılıqlarını ifadə etdikdən sonra YouTube yaranmış məsələni həll edəcəyinə vəd verdi.

Son xəbərlər
Digər xəbərlər