Vəzifənin adı: Əməliyyatçı – Bakı, Qaradağ və regionlar üzrə (Gəncə, Xaçmaz, Kürdəmir, Quba, Qusar, Şəmkir, Şəki)
Əsas vəzifələr:
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin müraciəti zamanı sualları cavablandırır, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat verir;
- Qanunvericiliyə uyğun olaraq, xidmət etdiyi fiziki şəxslərin hesablarının qalıqları və hesabları üzrə əməliyyatlar barədə müvafiq orqanlara arayışlar hazırlayır ;
- Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlayır;
- Əmanət hesabı, kommunal ödəniş, SPK, mobil ödənişləri və digər əməliyyatların aparılmasını həyata keçirir;
- Vergi, məhkəmə, DSMF və digər icra orqanlarının qoymuş olduqları sərəcamların silinməsini yoxlayır;
- Filialdaxili arxiv işinin aparılmasında iştirak edir;
Namizədə olan tələblər:
- Ali təhsil (iqtisadiolması arzuolunandır)
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli, digər xarici dillər arzuolunandır;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, məxfilik və etibarlılıq kimi mütləq göstəricilərə malik olmalı;
- Yüksək kommunikasiya,yazılı ünsiyyət qabiliyyəti və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
- Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
- Müştərilərin bütün suallarının cavablandırılması üçün kifayət qədər nəzəri və praktiki biliklərə sahib olmaq.
- Bank fəaliyyətini tənzimləyən qanunvericiliyi bilməli;
- Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti və analitik düşüncəyə malik olması;
- Komandada işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı) göstərməyiniz xahiş olunur.





