18 C
Baku
Tuesday, April 30, 2024

Ən az trafik sərf edən mobil messencer hansıdır?

İtaliyanın “SosTariffe” operatoru ən populyar messencerlər arasında internet trafikinin işlənməsi üzrə statistikanı tədqiq edərək onlardan hansı birinin daha az mobil meqabayt sərf etməsini müəyyənləşdirib.

“Macdigger” resursuna istinadən, müqayisədə “WhatsApp”, “Telegram”, “Hangouts”, “Line”, “Viber”, “Facebook Messenger” və “Skype” kimi yeddi messencer iştirak edib. Ekspertlər tərəfindən testlər 1 saat ərzində “LTE” şəbəkələrindən istifadə edilməklə aparılıb. Nəticələrdən məlum olub ki, “Telegram” ən az, “Skype” və “Facebook Messenger” isə ən çox trafik sərf edir.

Məlumata görə, sınaqlar üç istifadə rejimi üzrə keçirilib:

Kiçik – 20 göndərilən və 20 alınan məlumat, 5 göndərilən və 5 alınan fotoşəkil.

Orta – 40 göndərilən və 40 alınan məlumat, 10 alınan və 5 göndərilən fotoşəkil.

Yüksək – 100 göndərilən və 100 alınan məlumat, 50 alınan və 20 göndərilən fotoşəkil.

“WhatsApp” messencerini geridə qoyan “Telegram” 1 saat istifadə üçün 0,42-3,75 meqabayt nəticə ilə ən az mobil trafik sərf etməsi ilə xarakterizə olunur ki, bu da “Facebook” messencerindən 35-40 faiz azdır.
Digər əlavələr saatda 0,65-6,23 meqabayt sərf edən “WhatsApp”dan daha çox trafik sərf edirlər.

“Hangouts” və “Line” servisləri “WhatsApp” ilə müqayisədə trafiki 6-18 faiz çox işlədir. Lakin aktiv rejimdə “Line” 5,85 meqabayt, “WhatsApp” isə 6,23 meqabayt sərf edib.

“Viber”, “Facebook Messenger” və “Skype” ən çox internet trafiki sərf edənlər sırasında yer alıb. Belə ki, “Viber” saatda 1,56-15,25, “Facebook” və “Skype” isə 2,05-22,22 meqabayt işlədib.

MənbəICTnews.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər