İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda fəaliyyət göstərən 7 kommersiya bankına depozit yerləşdirib.
Bu barədə Büronun maliyyə hesabatına istinadən xəbər verilir.
Hesabata əsasən, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “AGBank”, “PAŞA Bank” və “Azər-Türk Bank” ASC-lər, “Accessbank” və “Yapı Kredi Bank (Azərbaycan)” QSC-lər, eləcə də ləğvetmə prosesində olan “Bank Standard” QSC-dir.
Bundan başqa, Büro “Yaşıl Kart” sisteminə üzvlüklə bağlı Belçikanın “KBC Bank”ına da 5 mln. avro depozit qoyub, eləcə də “K-Group”un veslellərinə 2,2 mln. manat yatırıb.
Hesabata əsasən, 2016-ci ildə İSB-nin manatla depozitləri 13,3% azalaraq 9,8 mln. maata düşüb, dollarla depozitləri 55,6% artaraq 8,632 mln. manata, avro ilə depozitləri isə 0,6% artaraq 5,615 mln. manata çatıb. Depozitlərin illik gəlirliliyi 0,3%-dən 14%-ə qədər dəyişir.
İSB ötən il “Yaşıl Kart”a görə 61 min manat ödəniş edib
İcbari Sığorta Bürosu (İSB) ötən il “Yaşıl Kart” sisteminə görə, 60 912 manat ödəniş edib.
Bunun 13 738 manatı Azərbaycanda, 47 147 manatı isə xaricdə baş vermiş sığorta hadisələrinə görə verilib.
Ötən il “Yaşıl Kart”la bağlı Azərbaycanda 11, xaricdə isə 15 sığorta hadisədi baş verib.







