9 C
Baku
Thursday, December 12, 2024

Proqnoz: Azərbaycan iqtisadiyyatı 2019-cu ildə 1,3% artacaq

Dünya Bankı (WB) bu il Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artımın 1,9% olacağını proqnozlaşdırır.

Bu, Bankın ötən ilin oktyabr ayında verdiyi proqnozdan 0,3 faiz bəndi çoxdur.

WB-nin gələn il üçün regional iqtisadi artım proqnozu isə 1,8%-dir. Qeyd edək ki, Bank bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,4% azalacağını, gələn il 0,6%, 2019-cu ildə isə 1,3% artacağını proqnozlaşdırır.

“Bu il kənd təsərrüfatının ÜDM-də payı 3,4 faiz, 2018-ci ildə faiz, 2019-cu ildə isə 4,5 faiz bəndi artacaq. Sənayenin ÜDM-də payı bu il 2,9 faiz, gələn il 0,8 faiz bəndi azalacaq, 2019-cu ildə isə 0,3 faiz bəndi artacaq”, – deyə sənəddə qeyd olunub.

Bununla yanaşı bildirilir ki, 2017-ci il üçün xidmət sahəsinin ÜDM-də payının 0,8 faiz bəndi azalacağı, 2018-ci ildə 1,8 faiz bəndi, 2019-cu ildə isə 2 faiz bəndi artacağı gözlənilir.

Hesabata görə, Azərbaycanda bu il büdcə kəsirinin ÜDM-ə nisbətən 6% olacağı gözlənilir: “Bu rəqəm 2018-ci ildə 8,3%, 2019-cu ildə isə 7,7% olacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər