8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Türkiyəyə birbaşa investisiya yatıran ölkələr siyahısında ikincidir

Türkiyə Mərkəzi Bankının açıqladığı tədiyyə balansına görə cari ilin ilk rübündə (yanvar – mart) qonşu ölkəyə birbaşa investisiyanın həcmi 1,7 mlrd. dollara çatıb.

Türkiyə mətbuatına istinadən məlumata görə, qeyd olunan dövr ərzində Türkiyəyə ən çox investisiya yatıran ölkələr siyahısında ilk beşlikdə İspaniya, Azərbaycan, Hollandiya, Avstriya və Almaniya olub.

Qardaş ölkəyə birbaşa investisiyanın 11,4%-i Azərbaycanın payına düşür. Belə ki, bu ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə birbaşa investisiyanın həcmi 193 mln. dollar təşkil edib.

Qeyd edək ki, Türkiyəyə birbaşa investisiya yatıran ölkələr siyahısına 55%-lə (939 mln. dollar) İspaniya rəhbərlik edir. İkinci yerdə Azərbaycan, 3-cü yerdə isə 6,2%-lə (106 mln. dollar) Hollandiya qərarlaşıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər