10 C
Baku
Wednesday, November 27, 2024

“Atrabank”ın azadlığa buraxılan əməkdaşı ilə bağlı xəbər var

Bakı Apellyasiya Məhkəməsində “Atrabank”ın mənimsəmədə təqsirləndirilən sabiq əməkdaşları Turan Əliyev, Məzahir Bağırov və Yasəmən Dəmirçi barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rzvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər bankın 200 min manat məbləğində pulunu mənimsəməkdə təqsirli biliniblər.

T.Əliyev və M.Bağırov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), Y.Dəmirçi isə 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd) maddələri ilə ittiham olnublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. T.Əliyev, M.Bağırov və Y.Dəmirçi məhkəmə zalından azadlığa buraxılıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər