10 C
Baku
Thursday, December 12, 2024

WhatsApp istifadəçilərin məlumatlarının ötürülməsinə görə 3 milyon avro cərimələnib

İtaliyanın Antimonopoliya xidməti WhatsApp messencerini 3 milyon avro məbləğində cərimələyib.

Banker.az xəbər verir ki, bu cərimənin səbəbi yeni müştəri razılaşması olub. Belə ki, messencer bu razılaşma çərçivəsində istifadəçilərin şəxsi məlumatlarını məxsus olduğu Facebook şirkətinə ötürüb.

Verilən məlumatlara görə, istifadəçi şəxsi məlumatlar ilə bağlı bu razılaşmanı qəbul etmədikdə, WhatsApp-dan istifadə edə bilmirdi.

2016-cı ildə 28 ölkənin antimonopoliya orqanı istifadəçi razılaşmasına qarşı çıxmışdı. WhatsApp-ı 5 milyon avro cərimə gözləyirdi, lakin şirkət bu cərimədən qaça bildi.

Qeyd edək ki, Facebook 2014-cü ildən bu messencerin sahibidir və onu 19 milyard dollara əldə etmişdi.

 

Son xəbərlər
Digər xəbərlər