10 C
Baku
Friday, December 13, 2024

“Bank Standard”ın digər kreditorlarına pul çatmayacaq – İcraçı direktordan açıqlama

Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. manat pul ödənilib.

Bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, bankın mövcud kredit portfelindən və satıla biləcək əmlakdan əldə olunacaq vəsait isə 195 mln. manatdır: “Bu məbləğ “KPMG” audit şirkətinin hesablaması nəticəsində məlum olub. İlk olaraq fond pulunu götürməlidir. Bu da o deməkdir ki, “Bank Standard”ın kreditorlarına pul çatmayacaq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər