Ötən gün, yəni, 9 may tarixində Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 20979,75 bəndədək, S&P 500 0,07% – 2400,67 bəndədək azlaraq, NASDAQ isə 0,33% – 6169,87 bəndədək artıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,91% – 7522,03 bəndədək artıb, Almaniya DAX-ı 0,02% – 12804,53 bəndədək, Fransa CAC-40-ı isə 0,21% – 5406,10 bəndədək azalıb.
Yaponiyanın fond bazarında Nikkei indeksi 0,54% – 19812,22 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,80 dollar bahalaşaraq 1243,20 dollara, gümüş isə 0,11 dollar artaraq 16,86 dollara təklif olunur.







