İyunun 30-da “DəmirBank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Bankın İdarə Heyətinin yaydığı elana istinadən, yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə nəticələrinin təsdiq edilməsi, Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində dəyişikliklərin olunması kimi məsələlər daxildir.