“Günay Sığorta” ASC-nin İdarə Heyətinin keçmiş sədri Qəmbər Suvanverdiyev sığorta agentliyi yaradır.
Bu barədə agentliyə Q.Suvanverdiyev özü məlumat verib.
“Hazırda sığorta məhsullarının satışı ilə məşğul olacaq “Buta Sığorta Agentliyi” MMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı iş gedir. Paralel olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına da ilkin sənədləri təqdim etmişik. Çünki bu fəaliyyət növü xüsusi icazə, lisenziya tələb edir”, – deyə Q.Suvanverdiyev qeyd edib.
Xatırladaq ki, Q.Suvanverdiyev “Günay Sığorta”ya qədər aktivlərini bu şirkətə satmış “Buta Sığorta” ASC-nin İdarə Heyətinə rəhbərlik edib.