14 C
Baku
Sunday, November 24, 2024

Almaniya və Fransa bank ittifaqı yarada bilər

Avropa tədricən bank ittifaqının yaradılmasına yaxınlaşır ki, bu da ölkələrin maliyyə sistemində yeni bir irəliləyiş olacaq.

Verilən məlumatlara görə, Almaniya və Fransa arasındakı fikir ayrılığı bir nəticə verməyib. Əvvəllər Almaniya vahid struktur yaratmağın əleyhinə çıxış etmişdi və milli səviyyədə stabil fondların yaradılmasının tərəfdarı idi. İndi isə Berlində keçirilən görüş zamanı Almaniya güzəştə getməyə razı olduğunu bildirmişdir.

Belə ki, avropalılar bütün tərəflərin arzularını nəzərə alan struktur yaradırlar. Qeyd edək ki, plan üzrə fondun həcmi 55 milyard avro təşkil etməlidir, lakin Financial Times belə hesab edir ki, tam sistem yaratmaq üçün Avropaya kifayət qədər çox vaxt tələb olunacaq. Əlbəttə ki, fikir ayrılığı hələ də qalmaqdadır. İlk növbədə bu hüquqi struktuta aiddir. Lakin danışıq proseslərində tərəflərin nisbətən yumşalması faktını qeyd etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər