AccessBank-a 4 yeni icraçı direktor təyin edilib. Bu barədə Banker.az-a “Accessbank” QSC-dən məlumat daxil olub.
Məlumata görə, Elşən Pirmalıyev bankın Pərakəndə və biznes müştəriləri üzrə icraçı direktoru, Səbinə Qurbanova Rəqəmsal Bankçılıq və Məsafədən Xidmətlər üzrə icraçı direktor, Aynur Süleymanlı İnsan resursları, administrasiya və təhlükəsizlik üzrə icraçı direktor, Nizami Qədirov Risk idarəçiliyi və tədqiqatlar üzrə icraçı direktor təyin olunub.
Qeyd edək ki, hazırda bankın 6 icraçı direktoru var.











