6 C
Baku
Sunday, December 15, 2024

«United Credit Bank»ın əmanətçilərinə bu günədək 1,7 mln. manata yaxın kompensasiya ödənilib

Aprelin 19-dan bu günədək «United Credit Bank»ın əmanətçilərinə 1 mln. 690 min manatdan artıq kompensasiya ödənilib. Bu barədə İnterfaks agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.

Qeyd edək ki, ADIF aprelin 19-da «United Credit Bank»ın qorunan əmanətləri üzrə kompensasiyaların verilməsinə başlayıb.

2016-cı ildə bağlanan 11 bankın əmanətçilərinə ümumilikdə 733,202 mln. manatdan artıq kompensasiya ödənilib.

“Texnikabank” ASC-nin əmanətçilərinə 120,433 mln. manat, “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə 24,161 mln. manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 976,44 min manatdan artıq kompensasiya ödənilib.

Bundan əlavə, “Zaminbank” ASC-nin əmanətçiləri 58,227 mln. manat, “Parabank” ASC-nin əmanətçiləri 43,218 mln. manat, “Kredobank” ASC-nin əmanətçiləri 27,771 mln. manat, “Dekabank” ASC-nin əmanətçiləri 3,087 mln. manatdan artıq kompensasiya alıblar.

“Atrabank” ASC-nin əmanətçilərinə 14,32 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1,974 mln. manat kompensasiya ödənilib.

“Bank Standard”ın əmanətçilərinə isə 437,345 mln. manatdan çox kompensasiya ödənilib.*

Son xəbərlər
Digər xəbərlər