1 C
Baku
Saturday, December 14, 2024

Bank of Baku-dan Yay Təcrübə Proqramı

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2017-ci il üzrə Yay Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Marketinq, biznesin inkişafı, partnyorluq və layihələr;
  • Risklərin idarə edilməsi və banklararası əməliyyatları;
  • Müştərilərə xidmət və ön masa əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Hüquq və məhkəmə işləri;
  • İnformasiya texnologiyaları, proqramlaşdırma və bank sistemləri;

Kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən və/və ya hal-hazırda magistraturada təhsil alan şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar;
  • MS Office proqramları ilə fəal şəkildə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Təcrübə proqramının şərtləri

  • Müddət: 3 ay
  • Aylıq təqaüd
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 31/05/2017

 Müraciət et 

Son xəbərlər
Digər xəbərlər