Avropa Parlamentində Ukrayna ilə Avropa İttifaqı arasında vizasız rejim haqqında qanunvericilik aktının təntənəli imzalanma mərasimi baş tutub.
Banker.az saytının verdiyi məlumata görə, Sənəd Fransanın Strazburq şəhərində Avropa Parlamentinin prezidenti Antonio Tayani və Aİ-yə sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela tərəfindən imzalanıb.
Bununla yanaşı, aktın imzalanma mərasimində Ukrayna prezidenti Pyotr Poroşenko və vropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel də iştirak edib.
Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Bu isə 20 gün sonra, yəni iyunun 11-də baş verəcək.