6 C
Baku
Sunday, December 15, 2024

Bitcoin köpüyü niyə partlamır?

24 mart tarixindən başlayaraq Bitcoin valyutasının məzənnəsi daimi olaraq artır. Hazırda bir qəpiyin dəyəri 1700 dollar civarındadır. Bütün Bitcoin iqtisadiyyatının kapitalizasiyası 20 milyard dolları üstələyib.

Banker.az saytı kriptovalyutanın hansı səbəblərdən bahalaşdığını, bu artımın nə qədər davam edəcəyini və Bitcoinə investisiya aləti kimi yanaşmağın nə dərəcədə sərfəli olduğunu araşdırmaq qərarına gəldi.

Bitcoin valyutasının artımı bir neçə əsas amil ilə bağlıdır:

  1. Desentralizə olunmuş iqtisadiyyata giriş əsas olaraq Bitcoin vasitəsilə baş verir. Başqa sözlə desək, hər hansı digər bir aktivi almaq istəsəniz belə, ilk növbədə Bitcoin almalı olacaqsınız.
  2. Desentralizə olunmuş iqtisadiyyata maraq artır. Hər kəs ilk növbədə Bitcoinə diqqət yetirir və onu əldə etmək istəyir.
  3. Bitcoin – rəqəmsal qızıldır. Bir çoxları onu gələcək üçün qoruyub saxlayır. Tələbat artdıqca, dəyər də artır.
  4. Emissiyası məhduddur. Bu kriptovalyuta havadan yaranmır. Onu dollar kimi istədiyimiz qədər çap edə bilmərik. Bu fakt Bitcoinə əlavə dəyər qazandırır.

 

Sabah Bitcoin məzənnəsi 30% azala bilər. Bu qiymət dəyişikliyi Bitcoin-in əsas problemlərindən biridir və ona tam təminatlı ödəniş vasitəsi olmağa imkan vermir. Dəyişkənlik ilk növbədə məzənnəni aşağı və yuxarı “hərəkət etdirən” treyderlərin fəaliyyətləri ilə bağlıdır. 5-15% həddində olan dəyişkənlik zamanı insanlar əhəmiyyətli sərvət qazanır. Ekspertlərin proqnozlarına görə isə, 3 ildən sonra Bitcoin valyutasının dəyəri 5000 dollara qədər yüksələcək

Bu valyutanın artımına təkan verən əsas amillərdən biri də aprel ayının əvvəlində Yaponiyada Bitcoin-in dövlət tərəfindən nizamlanması haqqında qanunun qüvvəyə minməsi və bu ana qədər bu bazar ilə tanış olmayan şəxsi investorların kriptovalyutanı sınaqdan keçirməyə başlaması oldu.

Bundan əlavə, Bitcoin rəqəmsal valyutasının artımı bir sıra obyektiv amillər ilə bağlıdır. Məsələn, ənənəvi investorlar Bitcoin və digər blockchain-aktivləri öz portfellərinin diversifikasiya edilməsi vasitəsi kimi nəzərdən keçirilməyə başlayıb. Və bazarda bu cür investisiyalar təklif edən şəxsi fondlarını nümunə olaraq təqdim edirlər: Bitcoin Investment Trust, Grayscale, Bitcoin Fund, Exante, Satoshi Pie, Satoshi Fund və s.

 

Bitcoin-in bu qiymət eniş-düşüşləri bir aydan bir az çox müddətdə davam edəcək. 30-32 gün əvvəl onun dəyəri 1195 dollar idi. Bu 42%-lik artımdır. Bunun əsas səbəblərindən digər biri isə kibervalyutanın bir sıra ölkələrin rəhbərliyi tərəfindən leqallaşdırılması ilə bağlı gözləntilərdir.

Bitcoin valyutasının məzənnəsinin gələcək artımı dünyanın 150 ölkəsində 200 000-dən çox kompüterə bulaşmış WannaCry virusunun kütləvi hücumundan sonra təhlükə altına düşdü. Hazırda 1 Bitcoin 1700-1775 dollar arasında dəyişir. Hücum kriptovalyutanın nə dərəcədə təminatlı, həssas olduğunu göstərdi.

 

Son xəbərlər
Digər xəbərlər