10 C
Baku
Thursday, December 12, 2024

Bank yay təcrübə proqramına start verir

Banker.azın verdiyi məlumata görə, Rabitə Bank İnsan resurslarının idarə edilməsi sahəsinə dair yay təcrübə proqramına start verib.

 

Təcrübə proqramı zamanı Bankın peşakar mütəxəssisləri tərəfindən Sizə aşağıdakı peşakar bilik və təcrübələrin əldə edilməsinə imkan yaradılacaqdır:

  • Biznes etika və işgüzar ünsiyyət vərdişləri;
  • Namizədlərin axtarışı, seçilməsi və müsahibənin aparılması qaydaları;
  • Sənədləşdirilmə və personalın şəxsi iş qovluqlarının tərtib edilməsi qaydaları;
  •  İnsan Resursları sahəsində hesabatlıq;
  • Əmək qanunvericiliyi üzrə baza bilikləri;
  •  Qeyri-maddi motivasiya proqramları və onların tətbiqi; 
  •  İşçilərin qiymətləndirilməsi və s.

Namizədə qarşı tələblər:

Ø  Ünsiyyət yaratmaq və dinləmək qabiliyyətinə malik olmalı;

Ø  Yazılı ünsiyyət qabiliyyətinə malik olmalı;

Ø  Komandada işləmək bacarığına sahib olmalı;

Ø  Öyrənmək qabiliyyəti yüksək olmalı;

Ø  Təşəbbüskarlıq, məsuliyyətlik, diqqətlik və etibarlıq kimi müsbət keyfiyyətlərə malik olmalı;

Ø  MS office proqramlarında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər 10 may 2017-ci il tarixinədək öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər. Müraciət zamanı e-mailin mövzu hissəsində “HR təcrübə” qeyd etməyiniz xahiş olunur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, təcrübəyə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

QEYD: təcrübə proqramının minimal müddət 3 ay təşkil edir. Təcrübə proqramını uğula bitirən namizədlərə müvafiq sertifikat təqdim ediləcəkdir.

Təcrübə zamanı ödəniş nəzərdə tutulmur.

Son xəbərlər
Digər xəbərlər