13 C
Baku
Monday, May 6, 2024

“SOCAR”ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi açıldı

SOCAR Rumıniyada yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndir.

Buxarestin mərkəzində “SOCAR” brendi ilə sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.  Bu barədə Dövlət Şirkətinin rəsmi açıqlamasında deyilir.

Qeyd edək ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatmışdır. SOCAR Rumıniyanın artıq 17 rayonunda – Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər