10 C
Baku
Wednesday, December 11, 2024

Krossvordlar haqqında maraqlı faktlar

Krossvord (ingilis sözü Crossword – sözlərin kəsişməsi deməkdir) oyununda sözləri onların təyinatına görə tapmaq gərəkdir. Sözlər bir biriləri ilə “kəsişərək” krossvord toru yaradırlar. Müxtəlif yaş qrupuna sahib olan milyonlarla insan hər gün krossvord həll edirlər. Tədqiqatçıların fikrinə görə, krossvord həll etmək insanın zehnini, dünya görüşünü, yaddaşını inkişaf etdirir.

Bu oyun bəşəriyyata qədim zamanlardan məlumdur. Tədqiqatçılar krossvorda bənzər tapıntılara rast gəlmişdilər. Bu tapıntılar b. e. ə. 1-4 əsrlərə məxsusdurlar. Pompeydə keçirilən qazıntılar zamanı 79-cu ilə məxsus olan müasir krossvorda çox bənzəyən bir tapıntı aşkarlanmışdı. Lakin qəzet və jurnal işi inkişaf etdiyi zaman krossvordların məşhurlaşması müşahidə olunmuşdu. Çünki qəzetin hər bir çıxışında əyləncə səhifəsi var. Əyləncə səhifələrdə ilk krossvordları dərc etməyə başlayırlar və bu gediş çox uğurlu alınır.

Krossvord Vinna 1913-cü il

1913-cü ilin 21 dekabrında «Uordl» qəzetinin bazar günü çıxışında dərc olunan ilk krossvordu Nyu-Yorkun sakini Artur Vinn tərtib etmişdi. Bu tarix rəsmi olaraq ilk krossvordun yaradılması tarixi hesab edilir və Ginnesin rekordlar kitabına daxil edilib.

aforism2

Rusiyada ən birinci krossvord 1925-ci ilin 2 dekabrında Leninqradda ədəbi jurnal «Rezets»-da № 48 dərc olunmuşdu. 2013-cü ildə isə artıq müxtəlif çətinlikdə krossvordlar dərc edən 400-dən çox ixtisaslaşmış nəşriyyat qeydə alınıb. Zaman keçdikcə krossvordlar internetə köçürülür və burada yeni həyat qazandılar.

Klassik krossvorddan savayı 24 müxtəlif növ krossvordlar mövcuddur.
İlk yapon krossvordu 1987-ci ildə əmələ gəlmişdi. Heroqliflər adi sözlər kimi kəsişə bilmədikləri üçün yapon krossvordları ağ-qara və yaxud rəngli şəkillərdən ibarətdirlər.

Ümumdünya Krossvord idmanı Federasiyası mövcuddur. Krossvordların həll olunması üzrə çempionatlar keçirilir.

Belçika şəhəri Brüggedən olan Roje Boukart krossvord tərtibatçıları arasında ilk yeri tutur. Öz 65 illiyində o, Ginnes rekorlar kitabı üçün 31 metr uzunluğunda və 53 santimetr enliyində olan və 50 400 sözdən ibarət olan dünyada ən böyük krossvord təklif edərək qeyd etmişdi. Bu krossvordun sualları 3724 səhifə tutmuşdu.

1966-cı ilin may ayında «Tayms» London qəzetinə Fici adasında yaşayan bir qadından məktub gəlir. Bu məktubda qadının 1932-ci ilin 4 aprelində qazetin № 673 nəşrindəki dərc olunan krossvordu həll etdiyi deyilirdi. Beləliklə, krossvordun həllinə sərf olunan ən çox vaxt 34 il sərf edir.

Andrian Bell ən çox krossvord tərtib etmişdi. 1930-cu ilin yanvar ayından və vəfat etidiyi ilə qədər, 1980-ci ilə qədər, o, “Tayms” qazetinə 4 520 krossvord göndərmişdi.

Son xəbərlər
Digər xəbərlər