Banker.az xəbər verir ki, Google şirkəti fərdiləşdirilmiş iş axtarışına istiqamətlənmiş alətin yaradılması planlarını elan etdi. Xidmətin iş prinsipi üçün maşın təlimi texnologiyasından istifadə ediləcək.
Mashable nəşri isə yazır ki, Google şirkəti vəd edib ki, yeni alət həm iş axtaran, həm də işə götürən şəxslər üçün faydalı olacaq. Xidmət hazırki Google axtarış sisteminə inteqrasiya ediləcək və məzmun məlumatlarından istifadə edəcək (məsələn, istifadəçiyə ona uyğun vakansiya siyahısını təqtim etmək üçün hazırda olduğu yerlə bağlı məlumatları təhlil etmək).
Google for Jobs aləti hələ istifadəyə verilməsə də, yaxın həftələrdə işə salınacaq.