Avropa İttifaqı Böyük Britaniyanın blokun tərkibindən çıxmasından sonra yeni maliyyə mərkəzinin yaradılması və inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirir.
Banker.az saytı The Independent nəşrinə istinadən xəbər verir ki, London hazırda Aİ-nın aparıcı maliyyə mərkəzidir, lakin Brexit-dən sonra 2019-cu ildə Aİ-da yeni maliyyə paytaxtının yaradılması mütləqliyi peyda olacaq.
Böyük Britaniyanın baş naziri Tereza Mey daha əvvəl verdiyi məlumatda bildirmişdi ki, Aİ ilə sərbəst ticarət haqqında sazişə nail olmaq istəyir. Bu sazişə maliyyə xidmətləri də daxil olmalıdır. Lakin Aİ bunun əvəzində Londonun maliyyə sənayesinin “surətini çıxarmaq” niyyətindədir.
İcraçı komitə tərəfindən 7 iyun tarixində müzakirə edilməli olan sənəd layihəsində qeyd edilir ki, Brexit səbəbindən Aİ əmin olmalıdır ki, blokda qalan şirkətlərin güclü kapital bazarlarına girişi var.