Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
Məlumata görə, 22.05.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 493.46 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil etmişdir. Bu da tələbin təklifi 146,73% üstələməsi deməkdir.
Xatırladaq ki, bugünkü hərracda 200 mln. manat cəlb olunması planlaşdırılmışdı.