“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub.
APA-nın məlumatına görə, sənəd mayın 25-də parlament komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.
Layihə komitə üzvləri tərəfindən tövsiyələr verildikdən sonra sənəd mayın 31-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, ötən gün Hesablama Palatasının kollegiya iclasında qurum dövlət büdcəsinin icrasına dair illik hesabata geniş rəy verib.