3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bankın 25 mln. manatlıq notları hərraca çıxarılır

2017-ci ilin 24 may tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Banke.az-a BFB-dan məlumat daxil olub. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si 50101156S
Hərraca çıxarılan həcm 25 000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 28  gün
Ödəmə tarixi 21 iyun 2017-ci il

 

AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər

Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Son xəbərlər
Digər xəbərlər