3 C
Baku
Saturday, December 14, 2024

“Apple” şirkətinin kapitallaşma dəyəri 1 trilyon dollara çata bilər

“RBC Capital Markets” investisiya bankının analitiki Amid Dəryanani “Apple” şirkətinin yaxın il yarım ərzində kapitallaşma dəyəri 1 trilyon dollara bərabər dünyanın ilk şirkəti olmaq imkanlarına malik olması qənaətindədir.

Macdigger” resursuna istinadən, analitikin fikrincə, 2019-cu ildə ABŞ istehsalçısı bir səhm üçün 12 dollardan çox gəlir əldə edəcək. İşlərin qaydasında olacağı təqdirdə şirkətin qiymətli kağızlarının qiyməti 192-195 dollar təşkil edəcək ki, bu da 1 trilyon dollardan çox kapitallaşma dəyərinə bərabərdir. Analitikin sözlərinə görə, buna daha çox istehsal xətti tarixində ən böyük yenilənmə olacaq “iPhone 8” smartfonunun buraxılışı xidmət edəcək.

Bundan başqa, “Apple” servislərindən gəlir illik ikirəqəmli artım göstəricilərini saxlayacaq. Ötən rübdə servislərdən 1,7 milyard dollar gəlir əldə olunub ki, bu da əvvəlki rübdən 6 faiz və bir il əvvəlin analoji dövründən 18 faiz çoxdur. “Apple” rəhbəri Tim Kuk bu yaxınlarda servislər bölməsinin “Fortune 100” siyahısında yer alan şirkətlərin səviyyəsinə çatdığını, 2020-ci ilədək isə gəlirin iki dəfə artacağını açıqlayıb.

Məlumata görə, mayda ABŞ istehsalçısının bazar kapitallaşması 800 milyard dolları üstələyib, bir səhmin qiyməti 153 dollar olub. “RBC Capital Markets” bankının məlumatına görə, “Apple” qiymətli kağızlarının dəyəri “iPhone 8” buraxıldıqdan sonra 168 dollaradək arta bilər. “Wall Street Journal” nəşrinin analitiki Brayan Uayt hesab edir ki, qiymət 202 dollar təşkil edəcək.

“Apple” şirkətinin indiyədək 1 trilyon dollar səviyyəsinə çatmamasının səbəblərindən biri kimi ekspertlər innovativ məhsulların lazımi sayda olmamasını göstərirlər.

MənbəICTnews
Son xəbərlər
Digər xəbərlər