İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yeni sayı təqdim olunub. “İxrac İcmalı”nın ikinci sayında qeyri-neft sektoru üzrə ixracına dair 4 aylıq məlumat, “Azexport.az” portalına bu ilin 4 ayında daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü, Azərbaycanın nar şirəsini, fındıq ləpəsini və şərablarını ən çox sifariş edən ölkələr barədə infoqrammalar yer alıb.
“İxrac İcmalı”nda qeyd edilib ki, “Azexport.az” portalına 2017-ci ilin 4 ayı ərzində 42 ölkədən ixrac sifarişləri daxil olub. Aprel ayında Azexport.az portalına daxil olan sifarişlərin ümumi dəyəri isə 29.9 milyon ABŞ dolları olub. Ümumulikdə isə 2017-ci ilin 4 ayı ərzində “Azexport.az” portalına 111 milyon ABŞ dolları çox ixrac sifariş daxil olub.
Beləliklə, ötən ilin 4 ayı ilə müqayisədə qeyri neft sektorunda ixrac 22 faiz artib. İxracın artmasına Azexport portalı öz töhfəsini verir.
Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan məhsullar arasındadır.
“İxrac icmalı”nın ikinci sayında həmçinin Azexport.az portalının inteqrasiya olunduğu portallara dair məlumat, bitki və bitkiçilik məhsulları ixracı zamanı fitosanitar sertifikatının tələb edilməsi ilə bağlı şərh və ixrac gömrük bəyannaməsinin “Azexport.az” portalından göndərilməsi imkanları barədə xəbərə yer verilib. İcmalın növbəti saylarında müntəzəm olaraq, dünyanın müxtəlif ölkələrinin ixrac və idxalla bağlı qaydalardakı dəyişikliklər və yeniliklərlə bağlı məlumatlar da əksini tapacaq.
Ümumiyyətlə, “İxrac İcmalı”nın bundan sonra da müntəzəm yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edəcək.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür: